AZ EN RU

İdmançılarımız Bakıdan 24 medalla geri dönüblər

    Hövsan Olimpiya İdman Kompleksində MMA, pankration və qrepplinq üzrə açıq Bakı birinciliyi keçirilib. Bakı və bölgələri təmsil edən komandalar olmaqla, 47 klubdan, ümumilikdə, 500-ə yaxın idmançı öz qüvvəsini sınayıb. 
    2 gün davam edən yarışlarda muxtar respublikanı Naxçıvan Kikboksinq Federasiyasının sədri, idman ustası Xəyal Abdullayevin rəhbərliyi ilə “Turan” Döyüş Klubunun 18 idmançısı təmsil edib. Təmsilçilərimizdən hər biri mükafatçılar sırasına düşə bilib və nəticədə, Naxçıvan idmançıları yarışı 8-i qızıl, 8-i gümüş, 8-i bürünc olmaqla, ümumilikdə, 24 medalla tamamlayıblar.
   Ən yaxşı nəticə Nurəddin Əliyevə məxsusdur. İdmançımız 2008-2009-cu il təvəllüdlülər arasında həm MMA, həm də qrepplinqdə 32 kiloqram çəki dərəcəsinin birincisi olub.  Uğur Əliyev, Fərid Orucov, Tunar Abdullayev pankrationda, Mətin Tapdıqov, Əbülfəz Cəfərov və Mirsaleh Abbasov isə qrepplinqdə daha yaxşı çıxış edərək qızıl medal qazanıblar. Adıçəkilən idmançılar və klubun digər üzvləri komanda aktivinə müxtəlif əyarlı medallar qazandırmağı bacarıblar. 

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman 
Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 25.01.2023 20:40