AZ EN RU

İdmançılar təltif olunub

    Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri səlahiyyətlərini müvəqqəti icra edən, nazir müavini Məcid Seyidov noyabr ayında ölkə və beynəlxalq miqyaslı idman yarışlarında uğurlu nəticələrə nail olmuş idmançılarla görüşüb, onları təltif edib. 
     Əldə etdikləri nailiyyətlər münasibətilə idmançıları təbrik edən Məcid Seyidov görüşün məqsədi barədə danışıb, onların hazırlıq səviyyəsi və gözləntiləri ilə maraqlanıb. Nazir müavini ölkəmizdə idmana göstərilən dövlət qayğısını xüsusi vurğulayaraq bildirib ki, son zamanlar məşqçi və idmançıların ölkə miqyaslı yarışlarda iştirakının təmin edilməsinə diqqət artırılıb. Təmsilçilərimizin yarışla bağlı xərclərinin qarşılanması üçün büdcədən vəsait ayrılır, onlara dəstək göstərilir. Məqsəd dövlət dəstəyi sayəsində idmançıların karyera yüksəlişinə töhfə verməkdir.
     Sonda görüşdə iştirak edən idmançılardan şahmatçılar – FIDE ustası Nəsrin Babayeva, Yasin Əzimov, Mirsaleh Seyidli, bədii gimnast Təranə Əlizadə nazirliyin Fəxri fərmanı ilə təltif olunub. 

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman 
Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 18.12.2023 17:12