AZ EN RU

İdman obyektləri dezinfeksiya olunub

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin fəaliyyət proqramına uyğun olaraq idman obyeklərində sanitariya-gigiyena qaydalarına nəzarət olunur, profilaktik tədbirlər görülür. Nazirliyin Naxçıvan şəhərində yerləşən idman müəssisələrində yoluxucu xəstəliklərə qarşı ənənəvi qaydada həyata keçirilən dezinfeksiya işləri davam etdirilib.

Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikası İctimai Səhiyyə Xidmətinin dezinfeksiya briqadası bu gün İlham Əliyev adına Olimpiya İdman Kompleksi, Muxtar Respublika Stadionu, eləcə də Naxçıvan Şəhər Uşaq-Gənclər İdman Məktəbində dezinfeksiya işləri icra ediblər.

Məqsəd bu müəssisələrdə fəaliyyət göstərən idmançı, işçi heyəti və digər istifadəçilərin sağlamlığının qorunması, mövsümi xəstəliklərdən sığortalanmasına zəmin yaratmaqdır.

 Naxçıvan Muxtar Respublikası Gənclər

və İdman Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 18.04.2024 16:52