AZ EN RU

İdeoloji risklər sərhəd tanımır

Biz özümüzü təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və sərhədlərimizin möhkəmləndirilməsi nəticəsində həm fiziki risklərdən qorumalıyıq, həm də özümüzü ideoloji risklərdən qorumalıyıq. İdeoloji risklər sərhəd tanımır, xüsusilə indiki şəraitdə. Ona görə burada əsas vəzifə gənc nəslin vətənpərvərlik ruhunda, milli ənənələr ruhunda tərbiyə olunmasıdır. Bu məsələyə çox ciddi yanaşmalıyıq və mən bunu əsas vəzifələrdən biri kimi qarşıya qoyuram. Gənc nəslin tərbiyə edilməsi bizim gələcəyimizin təmin edilməsi deməkdir.
“Şərq qapısı” xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev fevralın 14-də keçirilən andiçmə mərasimindəki nitqində səsləndirib.
Ölkəmizin   iqtisadi və hərbi gücünün artması və  dünya  arenasındakı siyasi nüfuzunun yüksəlməsini həzm edə bilməyən  qüvvələrin qarşıdakı  dövrdə bizə  qarşı  ideoloji təxribatına  qarşı  cəmiyyət olaraq hazırlıqlı olmağımızı  tələb  edir.  Dövlət başçımız bu  məsələnin  gələcəyimiz üçün həmişə önəmli olduğunu   vurğulayaraq milli birliyimizin  daimi olmasını diqqətə çatdırıb 

Əli Cabbarov

Nəşr edilib : 15.02.2024 11:11