AZ EN RU

“İdeal ailənin formulu: ənənəvi dəyərlər və müasirlik” mövzusunda XI muxtar respublika yazı, dekorativ tətbiqi sənət və rəsm müsabiqəsi elan edir

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə əlaqədar “İdeal ailənin formulu: ənənəvi dəyərlər və müasirlik” mövzusunda XI muxtar respublika yazı, dekorativ tətbiqi sənət və rəsm müsabiqəsi elan edir.
Müsabiqə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi tərəfindən uşaqlar, o cümlədən sağlamlıq imkanları məhdud uşaqlar, orta ixtisas və ali təhsil müəssisələrinin tələbələri, gənclər və digər şəxslər arasında keçiriləcəkdir.
Müsabiqədə iştirak etmək istəyən şəxslər təqdim edəcəyi işləri şəxsiyyət vəsiqəsinin surəti və müvafiq anket ilə birlikdə 06 may 2024-cü il tarixədək Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə təqdim etməlidirlər.
Əlavə olaraq bildirilir ki, müsabiqədə bir müəllif 2 (iki) işlə iştirak edə bilər.
Müsabiqəyə təqdim ediləcək yazı mətnləri 5-7 səhifə həcmində, A4 formatında, Arial şriftində (14),  rəsm əsərləri 21x30 sm və daha böyük ölçülərdə olmalıdır.
Müsabiqəyə təqdim edilən dekorativ tətbiqi sənət və rəsm əsərləri müxtəlif formalarda, rəngkarlığın və qrafikanın müxtəlif texnikalarında istənilən material üzərində işlənə bilər.
Müsabiqəyə təqdim edilən işlər yeni olmalı, heç bir tədbirdə iştirak etməməlidir.
Müsabiqədə rəsm və yazı nominasiyası üzrə 3-I, 3-II, 3-III və 3 nəfər həvəsləndirici yerləri tutmuş şəxslər münsiflər heyəti tərəfindən müəyyənləşdiriləcək və qaliblər “15 May-Beynəlxalq Ailə Günü” ilə əlaqədar keçiriləcək tədbirdə müvafiq diplom və hədiyyələrlə mükafatlandırılacaqlar.

Əlaqələndirici şəxs: Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə, qadın problemləri və gender məsələləri şöbəsinin aparıcı məsləhətçisi Zərnigar Orucəliyeva 
Ünvan:  Naxçıvan  şəhəri, H.Əliyev  42 
Telefon: 545-39-75

Nəşr edilib : 09.04.2024 12:20