AZ EN RU

İctimai və sosial məqsədlər üçün yaradılmış fondların siyahısının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 9 dekabr tarixli 677-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

“İctimai və sosial məqsədlər üçün yaradılmış fondların siyahısı” təsdiq edilsin (əlavə olunur).

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 may 2023-cü il

Nəşr edilib : 23.05.2023 15:07