AZ EN RU

İcra nümayəndələri üçün maarifləndirici tədbir keçirilib

    Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə Şahbuz şəhərində “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatının və notariat hərəkətlərinin aparılmasında qanunvericiliyin tələbləri” mövzusunda növbəti maarifləndirici seminar təşkil edilib. Seminarda nazirliyin əməkdaşlarının “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatının aparılmasında qanunvericiliyin tələbləri”, “Ailədə uşaqların hüquqları, ad hüququ, adın, soyadın və ata adının verilməsi və dəyişdirilməsi qaydası” və “İnzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə notariat hərəkətlərinin aparılmasında qanunvericiliyin tələbləri” barədə çıxışları dinlənilib.
    Sonda müzakirələr aparılıb.  

Naxçıvan Muxtar Respublikası
     Ədliyyə Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 25.08.2022 19:09