AZ EN RU

İcma sədri: Biz öz tarixi torpaqlarımıza qayıdacağıq və bunun alternativi yoxdur

Biz öz tarixi torpaqlarımıza qayıdacağıq. Bunun alternativi yoxdur və bizim toponimlərimiz əvvəlki adı qaytarılmalıdır. Bu, sosial sifariş və o torpaqlarda yaşayan vətəndaşlarımızın insani hüququdur.

Bunu Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı, filologiya üzrə fəlsəfə doktoru Əziz Ələkbərli parlamentdə keçirilən “Qərbi Azərbaycan toponimləri: tarixin təhrif olunmasından ədalətin bərpa edilməsinədək” mövzusunda ictimai dinləmədə bildirib.

“Əsas vəzifəmiz tarixi izlərin bərpasıdır”, - deyən Ə.Ələkbərli Qayıdış Konsepsiyasının 5 bənd və 10 yarımbənddən ibarət olduğunu diqqətə çatdırıb.

İcma sədri bu konsepsiyanın həyata keçirilməsində birliyin, həmrəyliyin əhəmiyyətini vurğulayıb.

Nəşr edilib : 31.10.2023 12:09