AZ EN RU

İcma: Estoniyanın Azərbaycanın daxili işlərinə müdaxilə etmək üçün heç bir mənəvi hüququ yoxdur

Qərbi Azərbaycan İcması Estoniya Xarici İşlər Nazirliyinin bəyanatına cavab verib.

İcmadan daxil olan məlumatda deyilir: “Qərbi Azərbaycan İcması Estoniya Xarici İşlər Nazirliyinin bəyanatı ilə əlaqədar bildirir ki, Estoniyanın Azərbaycanın daxili işlərinə müdaxilə etmək üçün heç bir mənəvi hüququ yoxdur. Estoniya öz ərazisində sıxışdırdığı etnik azlığın hüquqlarını qorumalı, onları qanunsuz olaraq vətəndaşlıqdan məhrum etməməli və inteqrasiya məqsədilə həmin icma ilə dialoq aparmalıdır”.

Nəşr edilib : 20.09.2023 10:37