AZ EN RU

İbtidai sinif müəllimləri üçün təkrar sertifikatlaşdırma imtahanındakı ixtisas sualları açıqlanıb

Təhsil İnstitutu ibtidai sinif müəllimləri üçün təkrar sertifikatlaşdırma imtahanında istifadə olunmuş ixtisas suallarını təqdim edib.

İnstitutdan bildirilib ki, 2023-cü ildə keçirilmiş sertifikatlaşdırma imtahanında müvafiq keçid balını toplamayan ibtidai sinif müəllimləri üçün təkrar sertifikatlaşdırma imtahanı iyunun 8-də təşkil olunub. Bu imtahanda 6 464 ibtidai sinif müəllimi iştirak edib.

İmtahanın təfərrüatları:

• Müddət: 120 dəqiqə

• Ümumi sual sayı: 60

Azərbaycan dili üzrə ixtisas suallarının sayı: 25

Riyaziyyat üzrə ixtisas suallarının sayı: 25

Tədris metodikası və təlim strategiyaları üzrə sualların sayı: 10

İbtidai sinif müəllimləri üçün təkrar sertifikatlaşdırma imtahanının 3663 nəfərin iştirak etdiyi 1-ci seansında istifadə olunmuş ixtisas sualları ilə institutun saytında müvafiq keçid vasitəsilə tanış ola bilərsiniz.

Qeyd edək ki, tədris metodikası və təlim strategiyalarına aid suallar bütün fənlər üzrə oxşar olduğu və təhsilverənlərin sertifikatlaşdırılması prosesi davam etdiyi üçün bu suallar hazırda ictimaiyyətlə paylaşılmır.

Nəşr edilib : 11.06.2024 19:42