Culfa rayonunda iaşə obyektinin tikintisi zamanı yol verilən qanunsuzluqlarla bağlı Naxçıvan Muxtar Respublikası Prokurorluğunda istintaq edilən cinayət işi üzrə Məmmədov Əmir Əli oğlu Cinayət Məcəlləsinin 162-1.1 (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi), 188.4.1 (Torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma) və 222.1-ci (tikinti işlərinin aparılmasının təhlükəsizlik qaydalarını pozma) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.