AZ EN RU

I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib

Dövlət İmtahan Mərkəzi iyunun 3-də IV ixtisas qrupu, iyunun 4-də isə I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirib.

Respublikanın 18 şəhər və rayonunda, ümumilikdə 180 imtahan binası, 3241 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 180 ümumi imtahan rəhbəri, 536 imtahan rəhbəri, 4054 nəzarətçi–müəllim, 555 buraxılış rejimi əməkdaşı, 180 bina nümayəndəsi ayrılıb. IV ixtisas qrupu (o cümlədən I qrup üzrə RK və Rİ altqruplarının hər ikisini seçən abituriyentlər üçün informatika fənni üzrə imtahan) üzrə imtahanda 14 min 683, iyunun 4-də I ixtisas qrupu üzrə 28 min 864 nəfər olmaqla, ümumilikdə 43 min 547 abituriyent iştirak edib. İmtahan saatlar 11:00 da başlanıb və 3 saat davam edib.

Naxçıvan Muxtar Respublikasında imtahanlar, ümumilikdə 5 imtahan binasında təşkil olunub. IV ixtisas qrupu üzrə 445, I ixtisas qrupu üzrə 682 şagird imtahanda iştirak edib. İmtahanların idarə olunmasına, ümumilikdə 15 rəhbər, 113 nəzarətçi ayrılıb.

Nəticələrin 2 həftə ərzində elan olunması nəzərdə tutulur.

Güntac ŞAHMƏMMƏDLİ

 

Nəşr edilib : 04.06.2023 14:43