AZ EN RU

I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib

    İyunun 5-də Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib. Respublikanın 12 şəhər və rayonunda təşkil olunan imtahanda 16 min 786 abituriyent iştirak edib. İmtahanın keçirilməsi üçün 70 imtahan binası, 1262  zal ayrılıb. İmtahanların idarə olunmasına 70 ümumi imtahan rəhbəri, 211 imtahan rəhbəri, 1557 nəzarətçi-müəllim, 188 buraxılış rejimi əməkdaşı, 70 bina nümayəndəsi cəlb edilib. 
    Naxçıvan Muxtar Respublikasında imtahan Naxçıvan şəhər 5, 11, 14 nömrəli tam orta məktəblərin binalarında təşkil edilib. İmtahan saat 1100-da başlanıb və 3 saat davam edib. 69 zalda keçirilən imtahanda 836 abituriyent iştirak edib. İmtahanın idarə olunmasına 11 rəhbər, 83 nəzarətçi ayrılıb. 
    İmtahan nəticələri yaxın 2 həftə ərzində elan olunacaq.

Güntac ŞAHMƏMMƏDLİ 

Nəşr edilib : 06.06.2022 18:14