AZ EN RU

I və IV ixtisas qrupları üzrə növbəti qəbul imtahanı olub

Dövlət İmtahan Mərkəzi iyulun 22-də I ixtisas qrupu, iyulun 23-də isə IV ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirib.

İmtahanlar respublikanın 17 şəhər və rayonunda təşkil edilib. Ümumilikdə, 144 imtahan binası, 2620 imtahan zalı, imtahanların idarə olunmasına 144 ümumi imtahan rəhbəri, 431 imtahan rəhbəri, 3271 nəzarətçi-müəllim, 447 buraxılış rejimi əməkdaşı, 144 bina nümayəndəsi ayrılıb.

 I ixtisas qrupu üzrə imtahanda 22 min 441, IV ixtisas qrupu üzrə (o cümlədən I qrup üzrə RK və Rİ altqruplarının hər ikisini seçən abituriyentlər üçün informatika fənni üzrə imtahan) keçirilən imtahanda isə 12 min 613 nəfər olmaqla, ümumilikdə 35 min 054 abituriyent iştirak edib. İmtahanlar 10:00 da başlanıb və 3 saat davam edib.

Naxçıvan Muxtar Respublikasında ümumilikdə, 4 binada təşkil edilən imtahanlarda I ixtisas qrupu üzrə 496, IV ixtisas qrupu və informatika fənni üzrə 371 abituriyent iştirak edib. İmtahanların idarə olunmasına ümumilikdə, 11 rəhbər, 87 nəzarətçi ayrılıb.

 Güntac ŞAHMƏMMƏDLİ

 

Nəşr edilib : 23.07.2023 12:54