AZ EN RU

I Beynəlxalq Tibbi Forum çərçivəsində C bölməsində mühazirələr dinlənilib

Naxçıvan Dövlət Universitetində I Beynəlxalq Tibbi Forum keçirilib. Naxçıvan Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Endoskopik-Laparoskopik Cərrahlar Assosiasiyasının təşkilatçılığı ilə Azərbaycan, ingilis və rus dillərində keçirilən forum Azərbaycan tarixində böyük həcmdə təşkil olunan ilk tibbi forumdur.

Dünyanın 8 ölkəsindən 350-dən artıq tibb sahəsi üzrə elm adamının qonaq olduğu forumda 4 bölmə üzrə mühazirələr dinlənilib, mövzular üzrə suallar cavablandırılıb, qarşılıqlı fikir mübadiləsi aparılıb.

C bölməsində Oftalmologiya, Pediatriya, Ümumi cərrahiyyə, Ginekologiya, İnfeksion xəstəliklər üzrə 70-ə yaxın çıxış dinlənilib.

Forumun ilk günü “Oftalmologiya” adlı bölmədə moderatorlar professor Paşa Musayev Qəlbinur, tibb üzrə fəlsəfə doktorları Yazgül Abdiyeva, Hafiz Qəhrəmanovun rəhbərliyi ilə 8, professor İlyas Okur, dosent Rauf Bəylərov, tibb üzrə fəlsəfə doktorları Allahverdi Musayev, Azər Əhmədovun moderatorluğu altında “Pediatriya” adlı bölmədə 7, daha sonra eyni adlı bölmədə professorlar İlyas Okur, Aytən Məmmədbəyli, dosent Mətləb İbrahimov, tibb üzrə fəlsəfə doktoru Allahverdi Musayevin moderatorluğu ilə 8, professorlar Mehmet Akif Türkoğlu, İsa Abdullayev, Məlahət Sultanova, dosent Solmaz İmanovanın moderator olduqları “Cərrahiyyə” bölməsində 12, “Ginekologiya” adlı bölmədə moderatorlar professor Erkut Attar, dosent Şəymən Qədimova, tibb üzrə fəlsəfə doktoru Önder Tulumbacının rəhbərliyi altında 11, daha sonra eyniadlı bölmədə professor İslam Mahalov, dosent İlhamə Mustafayeva, tibb üzrə fəlsəfə doktoru Şəmistan Əliyevin moderatorluğu ilə 10, “İnfeksion xəstəliklər” adlı bölmədə moderatorlar professor Adil Allahverdiyev, dosentlər Rafiq Bayramov, Ceyhun İsmayılzadə, Nuri Bəslən, İsmayıl Əfəndiyevin rəhbərliyi altında 12 çıxış dinlənilib.                                                   

Məmmədbağır Dünyamalıyev

                                                                     NDU-nun Televiziya, mətbuat

 və ictimaiyyətlə

                                                                                            əlaqələr bölməsinin əməkdaşı

Nəşr edilib : 21.06.2022 16:21