AZ EN RU

Hüseyn Səfərov Ordubadda vətəndaşları qəbul edib

Martın 29-da Naxçıvan Muxtar Respublikası ədliyyə naziri vəzifələrini müvəqqəti icra edən, nazir müavini Hüseyn Səfərov Ordubad rayonunda ədliyyə fəaliyyəti ilə bağlı vətəndaşları qəbul edib.

Qəbulda vətəndaşların nazirliyin ayrı-ayrı fəaliyyət istiqamətləri ilə bağlı müraciətlərinə baxılıb, hər bir vətəndaş diqqətlə dinlənilib, şikayət və ərizələri sənədləşdirlib. Müraciətlərdə qaldırılan məsələlərin bir qismi yerindəcə öz həllini tapıb, müvafiq izahlar verilmiş, digər müraciətlər üzrə qəbulda iştirak edən nazirliyin aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin mətbuat xidməti

 

 

Nəşr edilib : 29.03.2024 19:56