AZ EN RU

Hüseyn Səfərov Ordubad rayonunda vətəndaşları qəbul edəcək

Naxçıvan Muxtar Respublikası ədliyyə nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Hüseyn Səfərov Ordubad rayonunda vətəndaşları qəbul edəcək.

Vətəndaşların qəbulu mart ayının 29-da Ordubad Rayon İcra və Probasiya Bölməsində aparılacaqdır.

Vətəndaşlar qəbula Ordubad Rayon İcra və Probasiya Bölməsi(ünvan: Ordubad şəhəri, M.Ağa küçəsi 8, əlaqə telefonu: 036 547-03-47, 050 521 68 31), habelə Ədliyyə Nazirliyinin (036 544-54-70, 050 558 38 00 nömrəli telefon və info@njustice.gov.az elektron poçt ünvanı vasitəsilə) müraciət etməklə yazıla bilərlər.

Nəşr edilib : 14.03.2024 18:05