AZ EN RU

Hüseyn Səfərov məhkəmə qərarlarının icrası ilə bağlı vətəndaşlarla görüşüb

Aprelin 19-da Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri vəzifələrini müvəqqəti icra edən, nazir müavini Hüseyn Səfərov nazirlikdə borclularla, əsasən də aliment borcunu vaxtında ödəməyən vətəndaşlarla görüşüb. Nazir müavini çıxış edərək bildirib ki, ölkəmizdə müstəqil məhkəmə hakimiyyəti bərqərar edilməklə hər kəsin qanun qarşısında bərabərliyi təmin olunub, vətəndaş-məmur münasibətlərinin sağlam zəmində qurulması, insanların məmnunluğunun yüksəldilməsi əsas vəzifə kimi qarşıya qoyulub.
Nazir müavini ədliyyə nazirliyinin əsas fəaliyyət istiqamətlərindən biri olan məhkəmə qərarlarının icrasının nazirlik tərəfindən daim diqqətdə saxlanıldığını bildirib. Məhkəmə qərarlarının yerinə yetirilməməsinə görə qanunvericiliyin tələbləri izah edilib. Aliment borcunun ödənilməməsinin uşaqların mənafelərinə də xələl gətirdiyi, bu məsələdə həsass və məsuliyyətin daha da artırılmasının vacibliyi diqqətə çatdırılb.
Sonra məhkəmə qərarı üzrə borclu vətəndaşlar dinlənilib, yaranan problemlər və çatışmazlıqlar müzakirə edilib və iştirakçıların sualları cavablandırılb.

Nəşr edilib : 20.04.2024 15:43