AZ EN RU

Hüquq sahəsində aparılan islahatlar müzakirə olunub

    Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi və İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) aparatının birgə təşkilatçılığı ilə  “Hüquq islahatlarının müasir mərhələsi – 20 il” mövzusunda tədbir keçirilib. 
    Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin köməkçisi Rəşid Talıbov və Ali Məhkəmənin şöbə müdiri Tural Cəfərov açıb. Sonra Ali Məhkəmənin əməkdaşı Xasa Seyidovanı, Ombudsmanın əməkdaşı Həsən Həsənovun, Vəkillər Kollegiyasının üzvü Mircəlal Seyidovun müxtəlif mövzularda çıxışları dinlənilib. 
    Çıxışlarda ölkədə həyata keçirilən müasir hüquq islahatları, hüquq sistemini dövrün reallıqlarına uyğunlaşdırmaq, məhkəmə orqanlarının özünüidarə imkanlarını genişləndirmək və ədalət mühakiməsinin səmərəliliyini artırmaq istiqamətində aparılan işlər, həmçinin hüquq institutlarının inkişafı və demokratik hüquqi dövlət quruculuğu sahəsində ölkə Prezidenti cənab İlham Əliyevin əvəzsiz xidmətlərindən danışılıb.  
    Sonda videoçarx nümayiş etdirilib.

Naxçıvan Muxtar Respublikası 
Ali Məhkəməsinin mətbuat xidməti

Nəşr edilib : 31.10.2023 19:36