AZ EN RU

Hulusi Akar Zəngəzur dəhlizindən danışıb

Xəbər verdiyimiz kimi, yanvarın 29-da Türkiyə Böyük Millət Məclisinin Milli müdafiə komitəsinin sədri, Türkiyə Respublikasının sabiq milli müdafiə naziri Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gəlib. 
Hulusi Akar jurnalistlərə müsahibəsində qeyd edib ki,  Zəngəzur dəhlizi  təkcə Türkiyə üçün deyil, bütün bölgə üçün, Ermənistan üçün vacibdir. Dəhliz açıldığı zaman bütün ölkələr bundan istifadə edəcəklər.  Burada iqtisadiyyat, turizm, sosial  baxımdan çox ciddi inkişaf olacaq. Biz bu dəhlizin tezliklə açılması üçün tərəflərin anlaşması ilə bu istiqamətdə işlərin  tamamlanmasını gözləyirik. İnşallah bu da gerçəkləşəcək.

Nəşr edilib : 29.01.2024 14:31