AZ EN RU

Horadiz-Ağbənd dəmir yolu xəttində tikinti işləri sürətlə aparılır - FOTOLAR

Xəbər verdiyimiz kimi, Zəngəzur dəhlizi istiqamətində dəmir yolu xəttinin tikintisi ilə bağlı görülən işlərin işıqlandırılması, yerindən xüsusi reportajların hazırlanmasına şərait yaradılması üçün fevralın 20-də “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin xətti ilə Füzuli-Cəbrayıl-Zəngilan marşrutu üzrə səfər təşkil olunub. Səfərdə “Şərq qapısı” qəzetinin şöbə müdiri Səbuhi Həsənov və foto-müxbir Əsədulla Səfərov da iştirak edir.

Səfər zamanı Horadiz-Ağbənd dəmir yolu xəttində aparılan tikinti işləri ilə bağlı foto-müxbirimiz Əsədulla Səfərovun hazırladığı fotoreportajı ilk dəfə olaraq “Şərq qapısı” qəzeti saytının izləyicilərinə təqdim edirik.

Xəbərlər şöbəsi

Nəşr edilib : 20.02.2023 18:58