AZ EN RU

Hökumətlərarası iqlim dəyişikliyi konfransı İstanbulda keçiriləcək

Hökumətlərarası iqlim dəyişikliyi konfransının 60-cı toplantısı İstanbulda keçiriləcək.

Bunu Türkiyə Prezidentri Rəcəb Tayyib Ərdoğan Dubayda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyasında (COP28) çıxışı zamanı deyib.

O bildirib ki, Türkiyə yanvar ayında bu tədbirə ev sahibliyi edəcək.

R. T. Ərdoğan həmçinin söyləyib ki, Ankara Növbəti Regional İqlim Sammitinə ev sahibliyi üçün də namizədliyini irəli sürüb.

Nəşr edilib : 02.12.2023 00:37