AZ EN RU

H.M.Seyidovun Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin müavini təyin edilməsi haqqında Naxçivan Muxtar Respublikasi Ali Məclisi Sədrinin Sərəncamı

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Həsən Miribrahim oğlu Seyidov Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin müavini təyin edilsin.

2. Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin müavini Həsən Miribrahim oğlu Seyidova həvalə edilsin.

3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

    Azər ZEYNALOV

              Naxçıvan Muxtar Respublikası

          Ali Məclisi sədrinin birinci müavini

          Naxçıvan şəhəri, 14 avqust 2023-cü il

Nəşr edilib : 14.08.2023 15:21