AZ EN RU

Hikmət Hacıyev xarici diplomatlarla regional və qlobal məsələlərlə bağlı geniş müzakirə aparıb

ADA Universitetində müxtəlif ölkədən olan bir qrup diplomatla regional və qlobal məsələlərlə bağlı geniş müzakirə təşkil edilib.

Bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" hesabında yazıb.

"Xəzər Hövzəsi Araşdırmaları Proqramı çərçivəsində müxtəlif ölkədən olan bir qrup görkəmli diplomat qarşısında çıxış etməyə, regional və qlobal məsələlərlə bağlı daha geniş müzakirə və fikir mübadiləsi aparmağa dəvət etdiyinə görə ADA Universitetinə təşəkkür edirəm",-qeyd edilib

Nəşr edilib : 23.11.2023 12:21