AZ EN RU

Hikmət Hacıyev: “Ermənistanın işğalı Azərbaycanın 8 şəhər və yüzlərlə kəndinin tamamilə yox olmasına səbəb olub”

“Ermənistanın 30 il ərzində davam edən işğalı Azərbaycanın 8 şəhər, yüzlərlə kəndinin tamamilə yox olmasına səbəb olub”.

Bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” sosial şəbəkəsində yazıb.

O qeyd edib ki, Azərbaycan dövləti tərəfindən maliyyələşdirilən, indiyədək misli görünməmiş bərpa prosesi işğaldan azad edilmiş əraziləri dirçəldir.

Nəşr edilib : 14.08.2023 15:17