AZ EN RU

Hikmət Hacıyev: "Ermənistan dezinformasiyaya və manipulyasiya oyunlarına son qoymalıdır"

“Ermənistan parlamentinin rəhbəri sözlə oynamaq əvəzinə Azərbaycanın Laçın yolu ətrafında beynəlxalq ictimaiyyəti aldatmağa yönəlmiş dezinformasiyaya, manipulyasiya oyunlarına və təbliğat kampaniyasına son qoymalıdır”.

Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tviterdə yazıb.

O bildirib ki, Ağdam-Xankəndi yolu hər növ daşınma üçün açıqdır.

Qeyd edək ki, Ermənistan parlamentinin sədri Alen Sminyon daha əvvəl Azərbaycanın beynəlxalq ictimaiyyəti aldatdığını iddia etmişdi.

Nəşr edilib : 27.07.2023 18:19