AZ EN RU

Hikmət Hacıyev: Ermənistan azad edilmiş ərazilərin hər qarışını işğal dövründə minalarla çirkləndirib

Azərbaycanın azad edilmiş ərazilərinin demək olar ki, hər qarışı işğal illərində Ermənistan tərəfindən minalarla çirkləndirilib.

Bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X"də yazıb.

"ANAMA-nın təqdim etdiyi fotolarda zərərsizləşdirmə tələb olunan minalar sarı çubuqlarla işarələnib",-o qeyd edib.

Nəşr edilib : 04.04.2024 11:36