AZ EN RU

Hicran Hüseynova: Virtual məkanda çox vaxt keçirmək uşaqların psixologiyasına təsir edir

İnsanlarımız ailə üzvləri ilə deyil, virtual məkanda daha çox vaxt keçirirlər. Bu da böyüməkdə olan uşaqların psixologiyasına təsir edir. Eyni zamanda, milli-mənəvi dəyərlərin aşınmasına gətirib çıxarır.
Bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova "Azərbaycanda psixi sağlamlıq və psixi xəstəliklərdən əziyyət çəkən şəxslərin hüquqları" mövzusuna həsr olunmuş dəyirmi masada çıxış edərkən deyib.
O, əhali arasında sağlam həyat tərzinin təbliğinin vacibliyini diqqətə çatdırıb. “Media da bu sahə ilə bağlı təbliğat aparmalıdır. Televiziyalara dəvət edilən psixoloqlar cəmiyyətə nəyin ziyan vurduğunu deməli, nəyin fayda verdiyini təbliğ etməlidirlər. Bundan əlavə, iş yerlərində psixoloqların olması arzuediləndir. Eyni zamanda, valideynlik səriştəsinin inkişaf etdirilməsi ilə bağlı iş aparılmalıdır”, - deyə komitə sədri vurğulayıb.

Nəşr edilib : 01.04.2024 21:05