AZ EN RU

“Heyvandarlıqda süni mayalanmanın əhəmiyyəti” mövzusunda maarifləndirici tədbir olub

Şahbuz rayonunun Badamlı kəndində rayon İcra Hakimiyyətinin və Naxçıvan Regional Dövlət Aqrar İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən maarifləndirici tədbiri giriş sözü ilə Şahbuz Rayon İcra Hakimiyyətinin əməkdaşı Orxan Əlizadə açıb.

Naxçıvan Regional Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru vəzifəsini müvəqqəti icra edən Fariz Şıxəliyev çıxış edərək bildirib ki, respublikamızda heyvandarlığın inkişafı ilə bağlı mühüm addımlar atılır, dövlət başçısının müvafiq sərəncamlarının icrası uğurla yerinə yetirilir. Süni mayalanma tədbirlərinin aparılması respublikada heyvandarlığın daha da inkişaf etdirilməsinə, mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasına, heyvandarlıq məhsullarının intensiv artımına və təhlükəli xəstəliklərin yayılmasının qarşısının alınmasına ciddi təsir göstərir.

Tədbirin sonunda Badamlı kəndindən olan təsərrüfat sahiblərini maraqlandıran suallara ətraflı cavablar verilib.

Xəbərlər şöbəsi

Nəşr edilib : 17.10.2023 16:48