AZ EN RU

Heyvandarlıqda mövcud vəziyyətin araşdırılması istiqamətində işlər aparılır

    Muxtar respublikada epizootik vəziyyətin araşdırılması istiqamətində işlər davam etdirilir. Belə ki, bu günədək epizootik monitorinqlərə cəlb olunmuş mütəxəssislər tərəfindən mövcud vəziyyətin öyrənilməsi istiqamətində 82 kənddə monitorinqlər aparılıb. Monitorinqlər zamanı mütəxəssislər tərəfindən təsərrüfatlarda olan mal-qaranın, ev quşlarının və arı ailələrinin sayı müəyyənləşdirilir,  o cümlədən sahibsiz itlərdə quduzluğa qarşı mübarizə tədbirlərinin aparılma vəziyyəti öyrənilir. 
    Həmçinin yun qırxımının mütəşəkkil həyata keçirilməsi, mal-qaranın yaylaqlara aparılması zamanı görüləcək tədbirlər və arı ailələrinin köçürülməsinin məhsuldarlığa təsiri barədə təsərrüfat sahibləri ilə maarifləndirici söhbətlər davam etdirilir.

Naxçıvan Muxtar Respublikası 
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 13.06.2023 20:18