AZ EN RU

Heydər Əliyevin milli musiqimizin inkişafında rolu

Babək rayon icra hakimiyyətinin və rayon mədəniyyət idarəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə və milli musiqi gününə həsr olunmuş “Heydər Əliyevin milli musiqimizin inkişafında rolu” mövzusunda tədbir keçirilmişdir.

Əvvəlcə Ulu Öndərin və şəhidlərin xatirəsi ehtiramla yad edilmiş, Dövlət himni səsləndirilmişdir. Çıxışlarda bildirilmişdir ki, Azərbaycan mədəniyyətinin böyük himayədarı Ümummilli Lider Heydər Əliyev Üzeyir Hacıbəylinin şəxsiyyətini yüksək qiymətləndirir, mədəniyyət, incəsənətlə bağlı çıxışlarında dəfələrlə böyük bəstəkarın sənətinə, bənzərsiz musiqisinə vurğunluğunu dilə gətirirdi. Təsadüfi deyil ki, Ümummilli Lider Azərbaycanda siyasi hakimiyyətə gələndən sonra 1975-ci ildə dahi bəstəkarın Bakı şəhərində ev-muzeyi açılmışdır. Üzeyir Hacıbəylinin anadan olmasının 100 illik yubileyi böyük təntənə ilə keçirilmiş, UNESCO miqyasında qeyd edilmişdir.

Ulu Öndərin bütün sahələrdə uğurlu davamçısı olan Prezident cənab İlham Əliyevin həssas münasibəti sayəsində Üzeyir Hacıbəylinin irsi bu gün də hörmətlə yaşadılır və təbliğ olunur.

Tədbirin bədii hissəsində bəstəkar və xalq mahnıları səsləndirilmiş, saz havaları ifa edilmiş, “Arsın mal alan” və “O olmasın bu olmasın” filmlərindən parçalar nümayiş etdirlmişdir.  Sonda musiqi gününə həsr olunmuş sərgiyə baxış olmuşdur.

Nəşr edilib : 18.09.2023 19:30