AZ EN RU

"Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Mayın 4-də Heydər Əliyev Muzeyində "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif olunan muxtar respublikanın  ümumitəhsil məktəblərinin müəllimləri ilə görüş keçirilib.
Görüşdə Naxçıvan Muxtar Respublikasının  təhsil naziri vəzifələrinin icraçısı, nazir müavini Elxan Nəcəfov təltif olunan  müəllimləri təbrik edərək  bildirib ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycana  birinci, istərsə də ikinci rəhbərliyi dövründə bütün sahələrdə olduğu kimi, təhsilə böyük qayğı göstərmiş, bu sahənin inkişafına xüsusi diqqət göstərmişdir.  
Qeyd olunub ki,  "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif olunmaları müəllimlərin əməyinə verilən ən yüksək qiymətdir.   
Tədbirdə təltif olunan müəllimlər fəaliyyətləri dövründə  ümumilli liderlə   görüşləri  ilə  bağlı   xatirələrindən danışıblar.        
Görüşdə iştirakçılar muzeydə dahi şəxsiyyətin həyatını və çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponatlarla da  tanış olublar.       
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən muxtar respublikanın ümumtəhsil məktəblərindən 9 müəllim Ümummilli Lider Heydər Əliyev irsinin tədqiqi və təbliği, azərbaycançılıq ideyasının həyata keçirilməsi, ölkənin sosial-iqtisadi, elmi-texniki və mədəni inkişafında, həmçinin dövlət idarəçiliyində və ictimai-siyasi sahədə xidmətlərinə görə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub.

 

Nəşr edilib : 04.05.2024 16:45