AZ EN RU

“Heydər Əliyev və tarixin şanlı səhifələri” mövzusunda tədbir olub

Yeni Azərbaycan Partiyası Babək rayon təşkilatında 15 İyun – Milli Qurtuluş Günü münasibətilə “Heydər Əliyev və tarixin şanlı səhifələri”  mövzusunda tədbir keçirilib. Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə Naxçıvan Muxtar  Respublikası   Ali   Məclisinin   deputatı,  Yeni Azərbaycan Partiyası Babək  rayon  təşkilatının sədri İsa  Məmmədov, Babək  Rayon  İcra  Hakimiyyəti  başçısının müavini  Səbinə Abbasova və rayon Gənclər və İdman idarəsinin müdiri Elvin Əliyev çıxış ediblər. Çıxışlarda ötən əsrin 90-cı illərinin əvvəllərindən ölkədə mövcud olan ictimai-siyasi vəziyyətdən, 1993-cü ilin 15 iyun tarixinin əhəmiyyətindən, dövrün və xalqın tələbi ilə hakimiyyətə gələn dahi şəxsiyyətin həyata keçirdiyi siyasi strategiyadan, Azərbaycanın gələcək inkişafına hesablanmış məqsədyönlü addımlardan bəhs edilib. Vurğulanıb ki, daim xalqı üçün çalışan Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyası görkəmli dövlət xadiminin ideyalarına sədaqətlə xidmət edən ölkə başçısı tərəfindən uğurla davam etdirilir. Aparılan uğurlu siyasət sayəsində muxtar respublika da inkişafının yeni mərhələsini, mühüm dövrünü yaşayır.
Sonra “Heydər Əliyev ilə Qurtuluşdan intibaha” adlı film izlənilib.

Nail ƏSGƏROV

Nəşr edilib : 14.06.2024 14:04