AZ EN RU

“Heydər Əliyev və Naxçıvan” mövzusunda mühazirə keçirilib

Mayın 31-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılğı ilə Naxçıvan Müəllimlər İnstitunun tələbələri üçün mühazirə keçirilib.

Heydər Əliyev Muzeyində təşkil edilən mühazirəni giriş sözü ilə açan Mədəniyyət Nazirliyinin Aparatının baş məsləhətçisi Qumral Əsədovatədbirin əhəmiyyətindən danışıb. Bildirilib ki, “Heydər Əliyev İli”çərçivəsində  nazirliyin tədbirlər planına əsasən Ulu Öndərin həyat və fəaliyyətinə aid açıq və interaktiv dərslərin, mühazirələrin,sərgilərin, konsert proqramlarının təşkili diqqətdə saxlanılır.

Sonra Heydər Əliyev Muzeyinin direktoru, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Ramil Orucəliyev Ölkə başçısı İlham Əliyevin 10 maydaÜmummilli Liderin doğum günündə xalqa müraciəti zamanı səsləndirdiyi  “Müstəqilliyə gedən yol da məhz Naxçıvandan başlamışdır fikrini xatırladaraq diqqətə çatdırıb ki, Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Ali Məclisinin sessiyasında Dövlət Bayrağı kimi təsis edilib, Naxçıvanın adından “sovet sosialist” sözləri çıxarılıb. Ordu quruculuğu, bir çox sahələrin gələcək inkişafı üçün  ilk addımlar Naxçıvanda atılıbdır.

Həmin dövürdə Naxçıvanın çox ağır günlər yaşadığını, blokadaya düşdüyünü, işğal təhlükəsi ilə üz-üzə qaldığını vurğulayan Ramil Orucəliyev bildirib, məhz belə bir zamanada Dahi liderin muxtar diyara gəlməsi Naxçıvanı qoruyub, düşdüyü çətin vəziyyətədən qurtarıb. Naxçıvanda gələcək müstəqil Azərbaycanın inkişafı üçün tarixi qərarlar qəbul edilib, Yeni Azərbaycan Partiyası təsis edilibdir.

Mühazirənin sonunda muzeyin ekspozisiyasına baxış keçirilib, tələbələrin sualları cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası

 Mədəniyyət Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 31.05.2023 16:54