AZ EN RU

“Heydər Əliyev və milli dövlətçilik məsələləri” mövzusunda respublika elmi konfransı keçirilir-YENİLƏNƏCƏK

Naxçıvanda “Heydər Əliyev və milli dövlətçilik məsələləri” mövzusunda respublika elmi konfransı keçirilir. Konfransda Naxçıvanın elmi-ictimai mühiti ilə yanaşı, ölkəmizin digər şəhərlərindən elm, ali təhsil ocaqlarının rəhbərləri, əməkdaşları, ziyalılar iştirak edirlər. Konfrans çərçivəsində "Naxçıvan" Universitetində plenar iclas keçiriləcək, sonra Naxçıvan Dövlət Milli Dram Teatrında ADA Universitetinin təşkilatçılığı ilə konsert proqramı təşkil olunacaq.

Mayın 26-da isə elmi konfrans öz işini “Beynəlxalq münasibətlər və hüquq”, “Filologiya”, “İqtisadiyat və idarəetmə”, “Siyasi və humanitar elmlər”, “Elm və təhsil”, “Mədəniyyət” bölmələri üzrə iclaslarla davam etdirəcək, sonda bölmə rəhbərlərinin hesabatları dinləniləcək.

Nəşr edilib : 25.05.2023 15:41