AZ EN RU

“Heydər Əliyev və insan hüquqları” mövzusunda gənc dövlət qulluqçuları arasında bilik yarışı keçirilib

Dekabrın 15-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Gənclər Fondunun birgə təşkilatçılığı ilə gənc dövlət qulluqçuları arasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə “Heydər Əliyev və insan hüquqları” mövzusunda bilik yarışı keçirilib.

İştirakçılar yarışın şərtləri barədə ətraflı məlumatlandırıldıqdan sonra onlara Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini əhatə edən suallar təqdim olunub.

Bilik yarışı başa çatdıqdan sonra Gənclər Mərkəzində davam etdirilən tədbirdə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Ombudsman Günay Rzayeva çıxış edərək bilik yarışının Ulu Öndərin zəngin irsinin, dövlət, xalq və Vətən qarşısındakı əvəzsiz xidmətlərinin gənc dövlət qulluqçularına daha dərindən tanıtmaq məqsədilə təşkil olunduğunu bildirib.

Bilik yarışının nəticələrinə əsasən Daxili İşlər Nazirliyinin əməkdaşı Gülnarə Zeynalova I, İnzibati Məhkəmənin əməkdaşı Fidan Rzayeva II, Ali Məhkəmənin əməkdaşı Gülşən Bayramova isə III yerə layiq görülüb. Qalib gələn və yüksək bal toplayaraq fərqlənən dövlət qulluqçularına Fəxri fərman və hədiyyələr təqdim edilib.

Sonda Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.

Naxçıvan Muxtar Respublikasının 
İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) mətbuat xidməti

Nəşr edilib : 15.12.2023 14:20