AZ EN RU

“Heydər Əliyev və Azərbaycanın yeni neft strategiyası” mövzusunda konfrans keçiriləcək YENİLƏNƏCƏK

Naxçıvan Dövlət Milli Dram Teatrında Naxçıvan Dövlət Universiteti və Bakı Ali Neft Məktəbinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev və Azərbaycanın yeni neft strategiyası” mövzusunda konfrans keçiriləcək. Əvvəlcə teatrın dəhlizində Ulu Öndərin yubileyinə həsr olunan sərgi ilə tanışlıq olacaq. Tədbirin rəsmi hissəsində öncə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək, Dövlət Himni səsləndiriləcək.

Konfransda Ulu Öndər Heydər Əliyevin Naxçıvan Dövlət Universitetinə səfərlərini əks etdirən, Ulu Öndər Heydər Əliyev və gənclərə həsr olunmuş video-çarxların nümayişi nəzərdə tutulub,  Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov və universitetin Beynəlxalq münasibətlər kafedrasının dosenti Emin Şıxəliyevin çıxışları olacaq. Bədii hissədə isə Naxçıvan Dövlət Universitetinin Kamera orkestri konsert proqramı ilə çıxış edəcək.

Nail ƏSGƏROV

Nəşr edilib : 17.10.2023 09:50