AZ EN RU

“Heydər Əliyev və Azərbaycan müəllimi” mövzusunda dəyirmi masa keçirilib

Ə.Ağayev adına 8 nömrəli tam orta məktəbdə Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Naxçıvan Şəhər İcra Hakimiyyəti, Təhsil Şöbəsi və Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan müəllimi” mövzusunda dəyirmi masa keçirilmişdir. Tədbiri giriş sözü ilə Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Orxan Məhərrəmov açaraq Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında danışmışdır. Daha sonra 5 nömrəli tam orta məktəbin müəllimi Lamiyə Abdullayeva “Heydər Əliyev və Azərbaycan təhsili” mövzusunda, 8 nömrəli tam orta məktəbin müəllimi İsayə Əliyeva “Heydər Əliyev və Azərbaycan müəllimi” mövzusunda, 11 nömrəli tam orta məktəbin müəllimi Nəcibə Allahverdiyeva “Heydər Əliyevin nəzəri irsində müəllimlik” mövzusunda, 17 nömrəli tam orta məktəbin müəllimi Şəfəq Seyidova isə “Heydər Əliyev müasir təhsil islahatlarının müəllifidir” mövzusunda çıxış etmişlər. Tədbirdə 34 müəllim iştirak etmişdir.

Nəşr edilib : 19.05.2023 09:29