AZ EN RU

“Heydər Əliyev-uşaqları sonsuz məhəbbətlə sevən lider” mövzusunda tədbir keçirilib

Kəngərli Rayon İcra Hakimiyyətinin, Təhsil və Mədəniyyət şöbələrinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edənlər Ulu Öndər Heydər Əliyevin ölkəmizdə uşaqların sağlam, firavan böyüməsi, onların hüquqlarının qorunmasına xidmət edən dövlət siyasətinin hazırda Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən layiqincə davam etdirildiyini bildirib.

Qeyd edilib ki, bu gün müstəqillik yollarında sürətlə addımlayan, iqtisadi uğurlar, siyasi sabitlik, elm, təhsil uğurları ilə dünyanın diqqət mərkəzində olan Azərbaycan bütün bunları Ümummilli Lider Heydər Əliyev siyasətinin müdrikliyinə borcludur.

Tədbirin bədii hissəsi məktəblilərin, Çalxanqala Kənd Uşaq Musiqi Məktəbinin şagirdlərinin və Qıvraq qəsəbəsi körpələr evi-uşaq bağçasının balaca fidanlarının təqdimatında Ulu Öndərə və Vətənə həsr olunmuş şeir və mahnılardan, milli rəqslərdən, rəngarəng kompozisiyalardan ibarət geniş konsert proqramı ilə davam etdirilib.

Nəşr edilib : 29.11.2023 17:44