AZ EN RU

“Heydər Əliyev Kuboku-2024” beynəlxalq turnirin qonaqları Ulu Öndərin xatirəsini yad ediblər 

Bakıda yeniyetmə boksçular arasında keçiriləcək “Heydər Əliyev Kuboku-2024” beynəlxalq turnirinin hakimləri, qonaqları və Azərbaycan Boks Federasiyasının (ABF) nümayəndə heyəti Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin xatirəsini yad ediblər.

ABF-nin mətbuat xidmətindən verilən məlumata görə, onlar Ulu Öndərin məzarı önünə əklil və gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Qeyd edək ki, “Heydər Əliyev Kuboku-2024” beynəlxalq turniri bu gün start götürəcək və mayın 18-də başa çatacaq.

Nəşr edilib : 13.05.2024 11:05