AZ EN RU

“Heydər Əliyev ili”nə həsr olunan tədbir

    Naxçıvan Şəhər İcra Hakimiyyəti  və Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə “Ümummilli Lider Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” mövzusunda tədbir keçirilib.
    Heydər Məscid kompleksində keçirilən tədbirdə İcra Hakimiyyəti başçısının müavini Təhminə Mustafayeva və Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin direktoru Vüqar Babayevin çıxış ediblər. 
    Çıxışlarda qeyd olunub ki,  bu gün Azərbaycan dünyada dini-mənəvi dəyərlərinə sadiq ölkə kimi İslam həmrəyliyinə verdiyi töhfə ilə tanınır. 1993-cü ildə xalqın təkidi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev dini ibadətgahlarımızın və abidələrimizin yenidən inşası istiqamətində mühüm addımlar atıb. Bu gün Azərbaycanda dini zəmində münaqişələrin olmaması insanların sərbəst olaraq öz əqidə formasını seçməsi, dini dözümlülük və tolerantlıq şəraitinin yaradılması, bu uğurların bir çox beynəlxalq təşkilatlar, dünyada nüfuzlu din xadimləri və böyük ölkələr tərəfindən etiraf olunması Ümummilli Lider Heydər Əliyevin dini sahədə balanslaşdırılmış siyasət yürütməsinin və həmin siyasətin bu gün də uğurla davam etdirilməsinin nəticəsidir. Ulu Öndərin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu sahəni daim diqqət mərkəzində saxlayır. Buna bariz nümunə “Heydər Əliyev İli”ndə 15 İyun – Milli Qurtuluş Günündə Naxçıvan şəhərində istifadəyə verilən  Heydər Məscid kompleksidir. Bu möhtəşəm dini-mədəni abidə Azərbaycan dövlətinin və xalqının öz milli və dini dəyərlərinə bağlı olduğunu bir daha sübut edir və Azərbaycan müsəlmanlarına, bütün İslam aləminə əvəzsiz bir hədiyyədir.
    Diqqətə çatdırılıb ki, Heydər Əliyev Fondunun  rəhbəri Mehriban xanım Əliyevanın milli-mənəvi dəyərlərimizin qorunması və təbliği istiqamətindəki geniş fəaliyyətini xalqımız böyük minnətdarlıqla qarşılayır.
    “Biz öz milli-mənəvi dəyərlərimizlə fəxr edirik”,  – deyən Ulu Öndər Heydər Əliyevin işıqlı ideyaları bu gün də yaşayır və həyata keçirilir. Dahi şəxsiyyətin fəaliyyətinin, gərgin əməyinin bəhrələrindən bu gün təkcə xalqımız yox, bütün region xalqları, türk xalqları, böyük İslam dünyası faydalanır. Elə buna görə də Heydər Əliyevin adı dünyanın hər yerində uca tutulur, xatirəsi ehtiramla anılır.
    Sonra bələdçi Fatimə Səfərova tərəfindən Heydər Məscid kompleksi haqqında ətraflı məlumat verilib. Məsciddə Ulu Öndər Heydər Əliyev və şəhidlərimizin ruhuna dualar oxunub.

Gülcamal TAHİROVA
 

Nəşr edilib : 16.08.2023 11:40