AZ EN RU

“Heydər Əliyev ili” ilə əlaqədar tədbir keçirilib

Ölkəmizdə 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə əlaqədar Culfa Rayon İcra Hakimiyyəti və rayon prokurorluğunun birgə təşkilatçılığı ilə “Heydər Əliyev ili”nə həsr olunmuş yubiley tədbiri keçirilib. Tədbirdən əvvəl Culfa Rayon İcra Hakimiyyətinin başçısı Siyam Hacıyev, Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatının sədri Qadir İbrahimov, rayon prokuroru Afət Kərimli və rayonun polis şöbəsinin rəisi Namiq Həsənov Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyublar.

Sonra tədbir Culfa Rayon Mədəniyyət Sarayında Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başlayıb.

Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini Sara Hüseynovanın, Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatının sədri Qadir İbrahimovun və rayon prokuroru Afət  Kərimlinin çıxışları dinlənilib. Bildirilib ki, Ulu Öndər Heydər Əliyev ölkəmizdə rəhbərliyinin hər iki dövründə Azərbaycanın inkişafı üçün ciddi səylər göstərib, məqsədyönlü tədbirlər həyata keçirib. Culfa rayonunun da müasir yaşayış məntəqəsinə çevrilməsi görkəmli dövlət xadiminin müəyyənləşdirdiyi quruculuq siyasətinin bəhrəsidir.

Sonra “Heydər Əliyev salnaməsi: “Qanun naminə” filmi nümayiş olub.

Aidə İBRAHİMOVA

Nəşr edilib : 30.08.2023 17:54