AZ EN RU

“Heydər Əliyev İli” elan olunması haqqında muxtar respublikada fəaliyyət göstərən ümumtəhsil məktəblərinin müəllimlərindən ibarət komandaları arasında voleybol yarışı keçirilmişdir

V.Zeynalov adına 3 nömrəli tam orta məktəbin idman zalında “Heydər Əliyev İli” ilə əlaqədar olaraq Muxtar Respublikada fəaliyyət göstərən ümumtəhsil məktəblərinin müəllimlərindən ibarət komandaları arasında voleybol üzrə açıq birincilik keçirilmişdir. Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov çıxış edərək 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan olunması haqqında komandalara geniş məlumat verərək onlara uğurlar arzulamışdır. Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən açıq birincilikdə Naxçıvan şəhərinin komandası ilə yanaşı Culfa, Ordubad, Şahbuz və Babək rayonlarının komandaları da iştirak etmişdir. Beynəlxalq Voleybol Federasiyasının qaydalarına əsasən olimpiya sistemi üzrə keçirilən açıq birinciliyin yekununa əsasən “Culfa” komandası I yerə, “Naxçıvan” komandası II yerə, “Ordubad” komandası isə III yerə layiq görülmüşdür. Sonda yer tutan komandalara və komanda üzvlərinə təşkilatçıların diplomları təqdim edilmişdir.

Nəşr edilib : 19.05.2023 09:32