AZ EN RU

“Heydər Əliyev İli” çərçivəsində tədbirlər davam etdirilir

15 sentyabr 2023 – cü il tarixdə Babək Rayon Mədəniyyət Sarayında 2023 – cü ilin Azərbaycan Respublikasında “Heydər Əliyev İli” elan olunması münasibətilə “Bilik Günü” ilə bağlı “Heydər Əliyevin təhsilə göstərdiyi qayğı” başlığı altında tədbir keçirilmişdir.

Tədbirin əvvəlində Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

 Tədbiri giriş sözü ilə Babək Rayon İcra Başçısının müavini Səbinə Abbasova açaraq vurğuladı ki, Ümummilli liderimiz, dahi şəxsiyyət Heydər Əliyev müstəqilliyimizə dönməz xarakter verib, mükəmməl idarəetmə sistemi yaradıb, dövlətçilik mexanizmi qurub, bütöv bir yeni gənc rəhbər kadlar bazası formalaşdırıb, ölkəmizi yüksək zirvələrə aparmağa qadir müasir lider - bu gün Azərbaycan dövlətinə rəhbərlik edən cənab İlham Əliyevi yetişdirib. Ulu öndər Heydər Əliyevin doğma Azərbaycanımızı davamlı tərəqqi yolu ilə irəlilədən unikal inkişaf strategiyası və müdrik idarəçilik irsi Prezident İlham Əliyev tərəfindən zamanın tələblərinə uyğun olaraq yeni elementlərlə zənginləşdirərək davam etdirməkdədir.

Babək Rayon Mədəniyyət İdarəsinin müdiri Fətəli Axundzadə öz çıxışında bildirdi ki, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq Babək Rayon Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən uşaq musiqi məktəbləri də təhsil sahəsi üzrə verdiyi tədrisin inkişaf etdirilməsi, optimallaşdırılması üçün tədbirlər görəcək, uşaq musiqi məktəblərində səmərəli idarəetmə sistemi tətbiq edəcəkdir.

Tədbirdə Babək Rayon Uşaq Musiqi məktəbinin müəllimi Səyyad Məmmədov çıxış edərək müəllimlərə dövlət tərəfindən göstərilən qayğıya görə təşəkkür etmiş və əmin etmişdir ki, 2023 – 2024 – cü tədris ilində məktəbimiz daha da yüksək nəticələr əldə edəcəkdir.

Tədbirin sonunda məktəbli şagirdlər Ümummilli Lider Heydər Əliyevə və Vətənə həsr olunmuş şeirlər söylədilər.

 

Nəşr edilib : 15.09.2023 21:36