AZ EN RU

“Heydər Əliyev – 100 Diaspor Gənclərinin IV Yay Düşərgəsi” maraqlı və xoş keçir

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasında 2023-ci ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar Naxçıvanda təşkil edilən “Heydər Əliyev – 100 Diaspor Gənclərinin IV Yay Düşərgəsi” öz işinə davam edir.

Bu gün iştirakçılar “Workshop:layihələrin hazırlanması və “Fundraising” prosesinin təşkil olunması” ilə bağlı lazımi məlumatlar əldə edəcək və bunun əsasında praktik addımlar icra edəcəklər. “Azərbaycanın müstəqillik tarixi” mövzusunda IV panel müzakirələri keçiriləcək.

Günün ikinci yarısında “Qarabağ fatehləri” (Vətən müharibəsinin Naxçıvandan olan iştirakçıları və şəhid ailələri) ilə görüş olacaq. Sonra “Model United Nations simulyasiyası” (Dünyada silahlı münaqişələrin ətraf mühitə təsirləri və onların aradan qaldırılması üçün birgə səylər) haqqında məlumat alacaqlar. Gənclər üçün ayrılan asudə vaxtda “Bəxt üzüyü”  filmi nümayiş olunacaq.

Qeyd edək ki, düşərgənin bağlanış tədbiri  avqustun 18-də olacaq.

Nəşr edilib : 16.08.2023 10:50