AZ EN RU

“Heydər Əliyev – 100 Diaspor Gənclərinin IV Yay Düşərgəsi” davam edir

Naxçıvanda 12-18 avqust tarixlərində Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə təşkil edilən “Heydər Əliyev – 100 Diaspor Gənclərinin IV Yay Düşərgəsi” davam edir.

Bu gün qonaqlar “Əshabi-Kəhf Ziyarətgahı” Dini Mədəni Abidə Kompleksi ilə tanış olacaqlar. ünün ikinci yarısında Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyevin moderatorluğu ilə “Müstəqillik dövründə Azərbaycanın xarici siyasət prioritetləri” mövzusunda III panel müzakirələri keçiriləcək. “Xalq diplomatiyası” adlı təlim, “Breyn rinq” intellektual oyunu  təşkil ediləcək. Qonaqlar üçün ayrılan asudə vaxtda “Nəsimi”  filmi nümayiş olunacaq.

Nəşr edilib : 14.08.2023 09:53