AZ EN RU

Həsənovlar ailəsində görüş keçirilib

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən müxtəlif kateqoriyadan olan ailələrlə görüşün təşkil edilməsi artıq ənənə halını alıb. Növbəti görüş Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Şərur Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 2023-cü il 03 avqust tarixdə Şərur rayon Yuxarı Daşarx kəndində yaşayan aztəminatlı, sağlamlıq imkanları məhdud Həsənovlar ailəsində baş tutub.
 Görüş zamanı Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının rəhbəri Eltun Həziyev və Şərur Rayon İcra Hakimiyyəti başçısının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Kamal İsmayılov aztəminatlı, sağlamlıq imkanları məhdud ailələrə daim diqqət və qayğının göstərildiyini, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması və müvafiq ailələrin sosial təminatlarının gücləndirilməsi istiqamətində ardıcıl olaraq tədbirlər həyata keçirildiyini qeyd ediblər.
Sonra ailənin problemləri ilə maraqlanılıb və ehtiyaclarına uyğun 17 adda, 31 kg ərzaq məhsulu köməklik göstərilib. Həmçinin vətəndaşın həyətyanı sahəsinin suvarma suyu ilə təmin olunması ilə bağlı Komitəyə etdiyi müraciəti də öz həllini tapıb.
Sonda sağlamlıq imkanları məhdud, I qrup gözdən əlil Həsənov Məhəmməd Cəfər oğlu dövlətimiz tərəfindən onlara göstərilən dəstəyi yüksək qiymətləndirib, bu diqqət və qayğıya görə öz minnətdarlığını bildirib.

Naxçıvan Muxtar Respublikası

 Ailə, Qadın və Uşaq Problemləri

üzrə Dövlət Komitəsinin mətbuat xidməti

Nəşr edilib : 03.08.2023 15:37