AZ EN RU

Həsən Seyidov Şahbuz rayonunda vətəndaşları qəbul edib

Yanvarın 30-da Naxçıvan Muxtar Respublikası mədəniyyət naziri vəzifələrinin icraçısı, nazir müavini Həsən Seyidov tərəfindən Şahbuz rayonunda vətəndaş qəbulu keçirilib.

Qəbulda 15 vətəndaş iştirak edib. Qəbul zamanı vətəndaşların müraciətləri dinlənilib və müvafiq qaydada qeydə alınıb. Bəzi suallar cavablandırılmış, müraciətlərin bir qismi araşdırılması üçün nəzarətə götürülmüş, digər müraciətlər isə yerindəcə həll edilmişdir.

Qeyd edək ki, növbəti vətəndaş qəbulu 01 fevral 2024-cü il tarixdə Şərur rayonunda keçiriləcək.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət

Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 30.01.2024 14:36