AZ EN RU

Həsən Seyidov Ordubad rayonunda vətəndaşları qəbul edib

Yanvarın 24-də Naxçıvan Muxtar Respublikası mədəniyyət naziri vəzifələrinin icraçısı, nazir müavini Həsən Seyidov Ordubad rayonunda vətəndaş qəbulu keçirib.

Qəbulda 10 vətəndaş iştirak edib. Qəbul zamanı vətəndaşların müraciətləri dinlənilib və müvafiq qaydada qeydə alınıb. Bəzi suallar cavablandırılıb, müraciətlərin bir qismi araşdırılması üçün nəzarətə götürülüb, digər müraciətlər isə yerindəcə həll edilib.

Qeyd edək ki, növbəti vətəndaş qəbulu 26 yanvar 2024-cü il tarixdə Babək rayonunda keçiriləcək.

Babək rayon sakinləri Babək Rayon Mədəniyyət İdarəsinə müraciət etməklə və 541-30-84, 060-200-65-38 nömrələri ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.

Qeyd edək ki, vətəndaş qəbulu saat 11:00-da Babək Rayon Mədəniyyət Sarayının inzibati binasında keçiriləcək.

Naxçıvan Muxtar Respublikası

Mədəniyyət Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 24.01.2024 16:24