AZ EN RU

Həsən Seyidov Kəngərli rayonunda vətəndaşları qəbul edib

Fevralın 3-də Naxçıvan Muxtar Respublikası mədəniyyət naziri vəzifələrinin icraçısı, nazir müavini Həsən Seyidov tərəfindən Kəngərli rayonunda vətəndaş qəbulu keçirilib.
Qəbulda 22 vətəndaş iştirak edib. Qəbul zamanı vətəndaşların müraciətləri dinlənilib və müvafiq qaydada qeydə alınıb. Bəzi suallar cavablandırılmış, müraciətlərin bir qismi araşdırılması üçün nəzarətə götürülmüş, digər müraciətlər isə yerindəcə həll edilmişdir.
Qeyd edək ki, son 2 həftə ərzində muxtar respublikanın şəhər və rayonlarında keçirilən qəbullarda ümumilikdə 135 vətəndaşın müraciətinə baxılıb.

Nəşr edilib : 04.02.2024 00:29